İSPANİYA AFRİKA ÖLKƏLƏRİ İLƏ MÜNASİBƏTLƏRİNİ MÖHKƏMLƏNDİRİR
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, İspaniya hökuməti Afrika ölkələri ilə siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və qanunsuz miqrasiya ilə mübarizəyə yönəldilmiş üçillik plan qəbul etmişdir. İspaniya hökuməti bildirmişdir ki, qanunsuz miqrantların vətənə qaytarılması məsələsi ilə bağlı müvafiq tərəflərlə məsləhətləşmələr aparmağa hazırdır və bu ölkələrlə sazişə nail olmağa, qanunsuz miqrasiya ilə mübarizə sahəsində beynəlxalq təşkilatlatlardan yardım almağa çalışacaqdır.
İspaniya Afrika ölkələrinə, onların inkişafına yardımını davam etdirəcəyinə, təhlükəsizlik, terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində əməkdaşlığa kömək göstərəcəyinə, habelə mədəniyyət və elmi-texniki sahədə mübadilə aparacağına söz vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]