İspaniya Futbol Federasiyası oyun topunun ölçüsünün kiçildilməsini bəyənib
Bakı, 28 dekabr, AZƏRTAC
İspaniya Kral Futbol Federasiyası (RFEF) oyun topunun ölçüsünün kiçildilməsini bəyənib. AZƏRTAC RFEF-in mətbuat xidmətinə istinadla xəbər verir ki, İspaniya çempionatının ikinci hissəsi məhz bu topla oynanılacaq.
Beynəlxalq Futbol Federasiyasının (FIFA) standartlarına görə, futbol topunun çevrəsinin uzunluğu 68-70 santimetr olmalıdır. RFEF isə topun çevrəsinin uzunluğunu 58-61 santimetrə qədər kiçildəcək.
Qeyd edilir ki, RFEF bu qərarı qəbul edəndə sorğu apardığı bütün qapıçıların rəyini nəzərə alıb.
Qərar 2019-cu il yanvarın 6-da qüvvəyə minəcək. Dəyişikliklər İspaniyada kişilər və qadınlar arasında keçirilən bütün rəsmi futbol yarışlarına şamil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]