İspaniya La Liqası: “Barselona” komandası “Deportivo Alaves”ə 4:1 hesabı ilə qalib gəlib
Bakı, 21 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 21-də futbol üzrə İspaniya La Liqasının 18-ci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Barselona” “Nou Kamp” stadionunda “Deportivo Alaves” ilə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona”nın heyətində Antuan Qrizman (14), Arturo Vidal (45), Lionel Messi (69) və Luis Suares (79) fərqləniblər. Qonaqların heyətində isə yeganə qolu 56-cı dəqiqədə Riera Pere Pons vurub.
Bu qələbədən sonra “Barselona” 39 xal toplayaraq ən yaxın izləyicisi “Real Madrid” klubunu üç xal qabaqlayır. “Deportivo Alaves” isə 19 xalla 15-ci yerdə qərarlaşıb.
“Real Madrid” dekabrın 22-də öz meydanında “Atletik Bilbao” komandası ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]