İspaniya qanunsuz vəhşi heyvan qaçaqmalçılığına qarşı planı qəbul edən ilk Avropa ölkəsidir
Madrid, 13 oktyabr, AZƏRTAC
İspaniya qanunsuz vəhşi heyvan qaçaqmalçılığına və beynəlxalq brakonyerliyə qarşı mübarizə sahəsində Avropa İttifaqının planını qəbul edən ilk ölkədir.
AZƏRTAC xəbər verir ki, “TIFIES” adlanan bu plana nadir heyvanların - xüsusən kərgədanların qorunması üzrə kompleks tədbirlər daxildir.
Hazırda dünyada nəsli kəsilmək təhlükəsi altında olan kərgədanların 5 növü mövcuddur ki, onlardan ikisi Afrikada (ağ və qara), daha üçü isə Asiyadadır (Yava, Hindistan və Sumatra). Bu fəlakətli vəziyyətin başlıca səbəbi onların buynuzunu əldə etmək üçün qadağan olunmuş ov edən insanların fəaliyyətidir. Belə ki, kərgədan buynuzunun müalicəvi xüsusiyyətə malik olduğu hesab edilir.
“TIFIES” planı yerli mütəxəssislərin təchizatı və təlimi vasitəsilə heyvanların lazımınca qorunmasını təmin etmək məqsədi daşıyan “Euroscout” layihəsi çərçivəsində bu problemin daha kəskin olduğu ölkələrə yardım göstərilməsini nəzərdə tutur. Milli səviyyədə isə müxtəlif nazirliklər və idarələrin qarşılıqlı fəaliyyətinin gücləndirilməsi planlaşdırılır. Bu məsələdə aparıcı rol mülki aviasiyanın təbiətin qorunması üzrə bölməsinə ayrılacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]