İSPANİYADA AĞIR YOL QƏZASINDAN 7 NƏFƏR ÖLMÜŞ, 26 SƏRNİŞİN İSƏ YARALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Frans-Press Agentliyinə istinadən xəbər verir ki, sərnişinləri mərakeşlilərdən ibarət avtobusun qəzaya uğraması 7 nəfərin həyatına son qoymüş, 26 adamın isə yaralanmasına səbəb olmuşdur. Ölənlər arasında bir körpə uşağın olduğu bildirilmişdir. Yaralılar dərhal hadisə baş verən rayonun yaxınlığındakı xəstəxanada yerləşdirilmiş və onlara ilkin tibbi xidmət göstərilmişdir. Yaralılardan 10 nəfərin vəziyyəti ağırdır.
Madriddəki Mərakeş səfirliyi çoxlu sayda insan tələfatı ilə nəticələnmiş ağır yol qəzası faktını təsdiq etmişdir.
Hadisə İspaniya paytaxtının 48-ci kilometrliyində Tedrezula hündürlüyündə baş vermişdir. Avtobus idarəetmə sisteminini itirərək, yolun kənarına çıxmış, ağaca dəyərək asmışdır. Brüsselə gedən avtobusda sürücüdən əlavə 33 sərnişin olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]