İSRAİLDƏ POTENSİAL KAMİKADZE TERRORÇULARI MÜƏYYƏN EDƏN CİHAZ YARADILMIŞDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, İsraildə potensial kamikadze terroçuları uzaqdan müəyyən edə bilən cihaz yaradılmışdır. Bunu İsrailin hərbi–texniki təyinatlı məhsullar buraxan “İntərnəşnl tiknolocis leyzer” firması elan etmişdir.
Yeni lazer qurğusu terrorçunun paltarı altında gizlədilmiş zəhərli kimyəvi maddələri on metrlərlə məsafədən aşkar etməyə imkan verir.