İstanbulda azərbaycanlı yazıçının kitabı ictimaiyyətə təqdim edilib
İstanbul, 30 mart, AZƏRTAC
İstanbulda Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-yazıçı Rafiq Ələkbərin Türkiyə türkcəsinə tərcümə edilən iki detektiv romanından ibarət “İnsan ticarəti-Qəsdən ölüm” adlı kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Zəngin yayın evi (Zengin yayıncılık) tərəfindən tərcümə və çap edilən kitabın baş redaktoru Sevinc Fıratdır.
Kitabın Türk Ədəbiyyat Vəqfində baş tutan təqdimat mərasimində yazıçı ilə yanaşı, Sevinc Fırat və “Çapar” nəşriyyatının baş redaktoru Dilqəm Əhməd çıxış ediblər.
Mərasimdə Rafiq Ələkbərin həyat və yaradıcılığı barədə danışılıb, onun müxtəlif illərdə işıq üzü görən kitabları, layiq görüldüyü təltif və mükafatlar, eləcə də tərcümə edilən yaradıcılıq nümunələri haqqında məlumat verilib.
Bildirilib ki, ötən əsrin 80-ci illərindən bədii fəaliyyətə başlayan Rafiq Ələkbər yaradıcılığının ana xəttini Türkçülük və Turançılıq, Vətənə və torpağa bağlılıq təşkil edib.
Sonda müəllif kitabları imzalayaraq iştirakçılara təqdim edib.
Günel Karatepe
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]