İstanbulda çökən binaların altından doqquz nəfər xilas edilib VİDEO
İstanbul, 22 mart, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində qaz sızmasına görə baş verən partlayış nəticəsində çökən 2 binanın dağıntıları altından 9 nəfər yaralı vəziyyətdə xilas edilib.
AZƏRTAC xəbər verir ki, dağıntılar altında daha iki nəfərin qaldığı ehtimal edilir. Onların axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 12:00 radələrində İstanbulun Fatih rayonunda yerləşən - biri ikimərtəbəli, digəri birmərtəbəli iki evdə çökmə meydana gəlib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul