İSTANBULDAKI BAŞ KONSULLUĞUMUZUN ƏMƏKDAŞI TÜRKİYƏNİN TƏHSİL QURUMUNUN MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulda tanınmış özəl “Burs” təhsil qurumlarının təsis etdiyi mükafatların təqdimat mərasimi olmuşdur. Mərasimdə Türkiyənin siyasi xadimləri, tanınmış jurnalistlər və alimlər iştirak etmişlər.
Builki laureatlar arasında Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşı Günay Əfəndiyeva da vardır. G.Əfəndiyeva bu mükafata beynəlxalq əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülmüşdür.
İstanbulun Kiçik Çəkməcə rayonu bələdiyyəsinin sədri Əziz Yeniay mükafatı diplomatımıza təqdim edərək, ona fəaliyyətində uğurlar diləmişdir. Günay Əfəndiyeva bildirmişdir ki, ona təqdim olunan mükafat ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın mədəniyyət və təhsil sahəsində əməkdaşlığına verilən yüksək qiymətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]