İsveç Türkiyədən müdafiə sənayesi məhsulları idxalına icazə verib
Bakı, 27 dekabr, AZƏRTAC
İsveç müdafiə sənayesi məhsullarının tədarükü üçün Türkiyə kompaniyalarına icazələr verməyə başlayıb.
AZƏRTAC “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar bu barədə parlamentdə İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun müzakirəsi zamanı bildirib.
“İsveç müdafiə sənayesi məhsulları sahəsində Türkiyəyə qarşı tətbiq olunan embarqonu ləğv edib. Ankara Stokholmun NATO-ya üzvlüklə bağlı ərizəsinin təsdiqlənməsi prosesinə başladıqdan sonra türk kompaniyalarının müraciətlərinə müsbət cavab verilib”, - deyə Akçapar bildirib.
Xatırladaq ki, İsveç 2019-cu ildə Türkiyədən müdafiə sənayesi məhsullarının tədarükünə qadağa qoyub. 2022-ci ilin sentyabrında İsveçin üzvlük müraciətinə baxılması ilə embarqo aradan qaldırılıb.
Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası dekabrın 26-da İsveçin NATO-ya qəbuluna dair ratifikasiya protokolunu təsdiqləyib. Sənəd bundan sonra parlamentin ümumi iclasında səsverməyə çıxarılacaq.
Hazırda bütün alyans üzvlərindən yalnız Türkiyə və Macarıstan İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiq etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:26]
İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB
- 08.10.2026 [11:19]
ABŞ-nin neft ehtiyatları azalır
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
- 08.10.2026 [08:06]
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
- 08.10.2026 [07:14]
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]