İSVEÇ VƏ FRANSADA TƏLİM KURSLARI KEÇİRİLƏCƏKDİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirmişlər ki, TACİS-in Menecerlərin hazırlanması Proqramı (MTP III) üzrə Azərbaycandan daha bir nəfər fevralın 12-dən İsveçdə keçiriləcək təlim kurslarında iştirak edəcəkdir. Məşğələləri aprelin 9-dək davam edəcək təlim kurslarının sonuncu mərhələsi Fransada olacaqdır.
Xatırladaq ki, MTP Avropa Birliyi tərəfindən maliyyələşdirilir. Onun məqsədi menecerlərin peşəkarlığının yüksəlməsinə, MDB ölkələrinin iqtisadiyyatının inkişaf etdirilməsinə kömək göstərməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]