İSVEÇDƏ ANNA LİNDİN QƏTLİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ DAVAM EDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, yanvarın 15-də İsveç məhkəməsi ölkənin keçmiş xarici işlər naziri Anna Lindin qətli ilə bağlı prosesdə şahidləri dindirməyə başlamışdır. Ittihamçılar bu məqsədlə patoloqoanatom Henrik Druidi, Lindin yaxın rəfiqəsi və Mixaylo Mixayloviçin hücumu zamanı onun yanında olmuş Yeva Françelli məhkəməyə çağırmışlar.
Britaniyalı ekspert Pol Uittakerin, - o, qətl aləti üzərindəki DNT izlərini 25 yaşlı etnik serbin genetik kod ilə müqayisə etmişdir,- dindirilib- dindirilməyəcəyi hələlik məlum deyildir.
Şahidlərin dindirilməsi sonuncu məhkəmə prosedurudur. Sonra ittiham və müdafiə Mixayloviçin cinayətinin səbəbləri haqqında son dəlillərini təqdim edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]