İtaliya hökuməti karantin rejiminin yumşaldılmasının ikinci mərhələsinə hazırlaşır
Roma, 22 aprel, AZƏRTAC
İtaliya hökuməti aprelin 22-də karantindən çıxmanın ikinci mərhələsini müzakirə edəcək.
AZƏRTAC xəbər verir ki, mayın 4-dən başladılması nəzərdə tutulan yumşaldılma tədbirləri hələ ki, qüvvəsində qalır. İtaliyanın İnfrastruktur və Nəqliyyat naziri Paola de Mikeli iclasdan öncəki açıqlamasında deyib ki, yumşaltmadan sonra hər hansı bir kritik durum qeydə alınarsa məhdudiyyətlər məhz həmin əraziyə tətbiq olunacaq.
Paola de Mikeli bildirib ki, İtaliya hökuməti Avropa Komissiyasının təklif etdiyi 37 milyard avro yardımı da qəbul edə bilər, lakin bu zaman ölkə qarşısına heç bir öhdəlik qoyulmamalıdır. Bu məbləğ ölkədə iqtisadi stabilliyi bərpa etməyə yönəlməlidir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]