İtaliya millisi özünə məxsus rekordu yeniləyib
Bakı, 9 sentyabr, AZƏRTAC
Futbol üzrə İtaliya millisi məğlubiyyətsiz oyunlar seriyasını uzadıb.
AZƏRTAC xəbər verir ki, İtaliya yığması buna ötən gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində Litvanı 5:0 hesabı ilə məğlub etdikləri matçda nail olub. Beləliklə, Roberto Mançinin komandası məğlubiyyətsiz oyunlar seriyasını 37-yə çatdırıb və öz dünya rekordunu yeniləyib. Yığma son dəfə 2018-ci ilin sentyabr ayında Millətlər Liqasında Portuqaliyaya uduzub (0:1).
İtaliya millisinin bunadək ən yaxşı göstəricisi 1935-1939-cu illərdə Vittoro Pozzonun baş məşqçiliyi altında 30 matçlıq məğlubiyyətsiz oyunlar seriyası olub.
Qeyd edək ki, İtaliya millisi ötən tur ardıcıl 36-cı matçında uduzmamaqla Braziliyaya və İspaniyaya məxsus 35 oyunluq dünya rekordunu qırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]