İtaliya millisi qadın voleybolçular arasında Avropa çempionatının qalibi olub
Bakı, 8 sentyabr, AZƏRTAC
İtaliya millisi qadın voleybolçular arasında Avropa çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, Belqradda keçirilən final görüşündə İtaliya millisi Serbiyaya 3:1 hesabı ilə qalib gəlib. İtaliya millisi üçüncü dəfə Avropa çempionatının qalibi adını qazanıb.
Bürünc medallar isə Türkiyə yığmasına qismət olub. Qardaş ölkə təmsilçisi 3-cü yer uğrunda görüşdə Niderlandı 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, final mərhələsində Azərbaycan millisi də mübarizə aparıb. Lakin qrup mərhələsində 5 görüşdə uduzan komandamız turniri 24 ölkə arasında sonuncu yerdə bitirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]