İTALİYADA AVTOBUS QƏZASI ZAMANI 12 TÜRKİYƏLİ TURİST HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, fevralın 7-nə keçən gecə Romada baş vermiş avtobus qəzası nəticəsində 12 turist həlak olmuşdur. İtaliya paytaxtı polis idarəsinin məlumatına görə, həlak olanların hamısı Türkiyə vətəndaşıdır.
Avtobusdakı 31 sərnişindən 9-u ağır vəziyyətdədir. Turistlər Ford şirkətinin Monte-Mario təpəsindəki villalarından birində keçirdiyi işgüzar müşavirədən qayıdırdılar. Avtobus yoldan çıxaraq, dərəyə düşmüşdür.
Bəzi məlumatlara görə, qəzaya yolun buz bağlaması, yaxud türkiyəli sürücünün qaranlıqda bələd olmadığı yolda döngəni görməməsi səbəb ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]