İtaliyada dağıdıcı fırtına səbəbi ilə ölkənin altı regionu üçün qırmızı həyəcan elan edilib
Roma, 29 oktyabr, AZƏRTAC
İtaliyada dağıdıcı fırtına, aramsız leysan yağışları və tufan səbəbi ilə ölkənin altı bölgəsində qırmızı həyəcan elan edilib.
AZƏRTAC xəbər verir ki, təhlükənin maksimum səviyyədə olduğu Lombardiya, Veneto, Friuli - Venesiya - Culiya, Liquriya, Trentino - Alto-Adidce və Abruçço əyalətlərində küləyin sürəti bəzən saatda 100 kilometrə çatıb.
Ekstremal hava şəraitinə görə bazar ertəsi Roma da daxil olmaqla, bir çox şəhərlərdə məktəblər bağlanıb. Əlverişsiz hava şəraiti ölkədə hökm sürməkdədir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma