İtaliyada taksi sürücüləri tətil edəcək
Roma, 6 oktyabr, AZƏRTAC
İtaliyada taksi sürücüləri oktyabrın 10-da bir günlük tətil edəcək.
AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqları tərəfindən qəbul olunan qərara əsasən, 24 saatlıq tətil bütün ölkəni əhatə edəcək.
Buna səbəb kimi, yeni qəbul olunan qərarlar və taksi fəaliyyəti sahəsində lisenziyaların alınması üçün rüsumların artırılması göstərilib.
Mütəxəssislər taksi sürücülərinin tətilinin paytaxt Romada, eləcə də turistlərin çox olduğu böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərəcəyini bildirirlər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]