İyulda OPEC-in sutkalıq neft hasilatı 23,6 milyon barelə yüksəlib
Bakı, 13 avqust, AZƏRTAC
İyulda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalı əvvəlki aya nisbətən 1 milyon 659 min barel artaraq gündəlik 23 milyon 632 min barelə çatıb.
AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, ötən ay ən çox istehsal artımı İraqda qeydə alınıb və hasilat 665 min barel artaraq 2 milyon 621 min barelə yüksəlib. Səudiyyə Ərəbistanının istehsalı 590 min barel artaraq 7 milyon 352 min barel, Küveytin hasilatı 393 min barel çoxalaraq 1 milyon 845 min barel olub. Hasilatda ən çox azalma Nigeriyada qeydə alınıb və istehsal 37 min barel azalaraq gündəlik 1 milyon 546 min barel olub.
Ötən ay OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı əvvəlki ayla müqayisədə 1 milyon 424 min barel artaraq gündəlik 37 milyon 655 min barel təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [10:38]
Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO
- 20.09.2026 [09:30]
Azərbaycanda Neftçilər Günü qeyd edilir
- 19.09.2026 [21:16]
Sürücülərin nəzərinə
- 19.09.2026 [20:22]
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
- 19.09.2026 [10:11]
Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var
- 18.09.2026 [22:23]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]