İyulun 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 19-24° gündüz 29-34° isti olacaqdır.
Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 758 millimetr civə sütununa qalxacaq, nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 30-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 12-17°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin səhər və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 30-35° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 14-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin gətirdiyi nisbi sərinlik meteohəssas insanlar üçün əlverişlidir. İyulun 13-14-də zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.