İyulun 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti olacaqdır.
Bakıda gecə 23-25°, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-70 faiz, gündüz 35-45 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-24°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 18-i axşamadək Abşeron yarımadasında durğun və anomal isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.