İyulun 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Hava dəyişkən buludlu, yağmursuz keçəcəkdir. Temperatur gecə 20-25°, gündüz 29-34° isti olacaqdır. Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı ehtimalı vardır.
Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə isə 27-28° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Hava yağmursuz keçəcəkdir. Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Hava yağmursuz keçəcəkdir. Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,
Füzuli, Cəbrayıl rayonlarında
Hava yağmursuz keçəcəkdir. Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Hava yağmursuz keçəcəkdir. Temperatur gecə 20-25°, gündüz 32-37° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Hava yağmursuz keçəcəkdir. Temperatur gecə 20-25°, gündüz 30-35° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacaqdır.