İyulun 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə 19-24°, gündüz 27-32° isti, Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Gecə 11-16°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Gecə 18-23°, gündüz 27-32° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala
rayonlarında
əsasən səhər və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Gecə 19-24°, gündüz 29-34° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Gecə 20-23°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü, eyni zamanda, nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.