İyulun 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 28-33° isti olacaqdır.
Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx
çimərliyində, Sahildə 26-27° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 15-20° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 18-23°, gündüz 27-32° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18, gündüz 23-28° isti olacaqdır.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 28-33° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 19-24° isti, gündüz 28-33° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.