İyulun 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gecə 19-23°, gündüz 25-30° isti olacağı gözlənilir.
Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14°, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 17-22°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 19-24°, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 19-23°, gündüz 26-31° , dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.