İyulun 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Hava az buludlu, yağmursuz keçəcəkdir. Temperatur gecə 20-23°, gündüz 30-35° isti olacaqdır. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı ehtimalı vardır.
Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Hava yağmursuz keçəcəkdir. Temperatur gecə 17-22°, gündüz 33-38° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz keçəcəkdir. Havanın temperaturu gecə 11-16°, gündüz 21-26° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,
Füzuli, Cəbrayıl rayonlarında
Hava yağmursuz keçəcəkdir. Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Hava yağmursuz keçəcəkdir. Temperatur gecə 19-24°, gündüz 34-39° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz keçəcəkdir. Havanın temperaturu gecə 19-23°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacaqdır.