İyuna qədər Qarabağ və Şərqi Zəngəzurda hidroloji stansiyaların instalyasiyası gözlənilir
Bakı, 18 mart, AZƏRTAC
Respublikanın hidrometeoroloji müşahidə şəbəkəsi avromatlaşdırılır. Son iki il ərzində çaylarda olan dinamikanı izləmək, sonrakı dövr üçün çayların hidroloji vəziyyətinə dair proqnozların keyfiyyətini artırmaq məqsədilə respublikanın 25 məntəqəsində müasir avtomat hidrometeoroloji stansiya quraşdırılıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidroloji stansiyanın quraşdırılması istiqamətində işlər görülür. İyuna qədər həmin stansiyaların instalyasiyası gözlənilir. Bütün bunlar proqnozların dəqiqliyinə xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda deyib.
“Şəbəkənin modernləşdirilməsi ilə yanaşı, işçilərin kadr potensialının artırılması da hədəf kimi qarşıya qoyulub. Eyni zamanda, proqnozların dəqiqliyinə xidmət göstərən rəqəmsal lokal hava modellərinin Azərbaycanda tətbiqi də yaxın gələcəkdə hədəflərimizdən biridir”, - deyə U.Tağıyeva qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]