İyunun 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 24-29°, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 752 millimetr civə sütunu, nisbi rütubət 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15°, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
Şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 8-13° isti, gündüz 18-23° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 12-17° isti, gündüz 24-29° isti olacağı gözlənilir
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Axşama doğru şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-26° isti olacağı gözlənilir.