İyunun 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-20°, gündüz 25-30°, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-21° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 10-15°, gündüz 25-30° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 8-13°, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Fizuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 13-18°, gündüz 26-31° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz kçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 11-16°, gündüz 23-28° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-20°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyunun 4-dən 6-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.