İyunun 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 15-20, gündüz 23-28° isti olacaqdır.
Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Şıx, Sahildə 22-23° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
axşam və gecə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
axşam və gecə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
axşam və gecə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən axşam və gecə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 11-16°, gündüz 19-24° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 24-29° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da iyunun 7-dən 8-i gündüzədək güclü xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.