İzmirdə baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı 7 nəfər həbs edilib
İstanbul, 6 noyabr, AZƏRTAC
Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı saxlanılan, aralarında inşaat firmalarının cavabdeh şəxslərinin də olduğu 9 nəfərdən 7-si həbs edilib.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 5 bina tamamilə dağılıb. Bölgədə ciddi zədələnən və sökülməli olan binaların sayı 231-i keçib. Bu tikililərdən 1834-ü az, 251-i isə orta zədəlidir. Ərazidə indiyə qədər 12 binanın sökülməsi işləri tamamlanıb.
Xatırladaq ki, oktyabrın 30-da baş verən zəlzələ nəticəsində 114 nəfər həlak olub, mindən çox insan yaralanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]