JAK ŞİRAK JURNALİSTLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Jak Şirak ötən il ölkədə bir çox sahələrdə nailiyyətlər əldə edildiyini, 2002-ci ildən başlayaraq modernləşdirmənin uğurla həyata keçirildiyini, işsizliyin azadılmasında nəzərəçarpacaq irəliləyişlər oduğunu bildirmiş, 2006-cı ildə görüləcək işlər barədə ətraflı məlumat vermişdir. O, yeni ilin ölkənin həyatında mühüm rol oynayacağını, ayrı-ayrı sahələrdə aparılacaq islahatların Fransanın inkişafında yeni mərhələ olacağını vurğulamışdır.
Prezident iqlim dəyişiklikləri ilə əlaqədar enerji istehsalını azaltmağın əhəmiyyətini, təbiətə zərər vurmadan yeni enerji strategiyasının işlənib hazırlanmasının vacibliyini vurğulamış, hüquq islahatlarının aparılmasından, gənclərin ali təhsilə cəlb edilməsi və bunun üçün hər cür şərait yaradılmasından danışmış, jurnalistləri rasizmə, antisemitizmə, ayrı-seçkiliyə qarşı barışmaz mövqe tutmağa çağırmışdır.
2005-ci ildə dünyada 63 jurnalistin həlak olmasından, 126 jurnalistin isə öz baxışlarına görə həbs edilməsindən təəssüfləndiyini bildirən Fransa Prezidenti söz azadlığına və plüralizmə geniş yer verilməsinin əhəmiyyətini vurğulamış, yeni beynəlxalq informasiya kanalının yaradılmasını qərara aldığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]
“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]