MƏDƏNİYYƏT
“Jara-2018”in üçüncü günü də tamaşaçılara sürpriz dolu anlar vəd edir
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycanın üçüncü ildir ev sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalı hər dəfə maraqlı təqdimatları ilə tamaşaçıları heyrətləndirir. Digər tərəfdən isə festival iştirakçıları da Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini dönə-dönə söyləyirlər. “Sea Breeze Resort” istirahət mərkəzində keçirilən bu festivalda çıxış edən tanınmış sənətçilər maraqlı ifaları ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş etməkdədir.
AZƏRTAC xəbər verir ki, iyulun 28-də “Leninqrad” qrupunun konserti olacaq. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.