Jitomir vilayətinin qubernatoru: Ukraynanın Belarusla sərhəd bölgəsində gərginlik var
Jitomir, 10 fevral, AZƏRTAC
Ukraynanın Belarusla sərhəd bölgəsində gərginlik var.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Belarusla sərhəd bölgə sayılan Jitomirin qubernatoru Vitali Buneçko məlumat verib.
Vilayət qubernatorunun sözlərinə görə, Belarus ərazisindən yerüstü hücumun qarşısını almaq üçün müdafiə tədbirləri gücləndirilib.
“Belarus tərəfindən birbaşa yerüstü hücum təhlükəsini minimuma endirmişik. Çox dərin, bir neçə mərhələli müdafiə istehkamları qurulub və bu iş davam etdirilir”, - deyə Vitali Buneçko əlavə edib.
Qeyd edək ki, son vaxtlar ikinci dəfə Belarus ərazisindən Ukraynaya, xüsusilə paytaxt Kiyev şəhərinə hücum ediləcəyi riski barədə müxtəlif fikirlər intensivləşib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Jitomir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]