Azərbaycan Dövlət İnformasiya Agentliyi

KAİNATIN SİRRİNİ ÖYRƏNMİŞ İNSAN

Məncə, həqiqi incəsənətin dəyəri ondan ibarətdir ki, o, bizim bilik dairəmizi genişləndirir, dünyaya öz baxışımızı müəyyənləşdirməkdə, yeni mənəvi zirvələrə çatmaqda bizə kömək edir. Nəhayət, həqiqi sənət bizim qəlbimizi təlatümə gətirir, zehnimizi işləməyə sövq edir...

Mən bu sözləri incəsənətin, o cümlədən təsviri incəsənətin bütün növlərinə, xüsusən heykəltəraşlığa aid edirəm. Böyük sənətkarın hər hansı janrda yaratdığı heykəltəraşlıq əsərindən aldığımız təəssürat uzun müddət yaddaşımızda yaşayır, mənəvi təcrübəmizi zənginləşdirir, biz sanki həyatı daha dərindən hiss etməyə başlayırıq.

Yadımdadır, görkəmli Azərbaycan heykəltəraşı Ömər Eldarovun Bakıda, Fəxri xiyabanda yaratdığı gözəl əsəri - akademik Zərifə xanım Əliyevanın abidəsini görəndə bu həqiqəti tam kəskinliyi ilə hiss etdim. Ömər Eldarov bu əsəri ilə görkəmli müasirimiz, məşhur oftalmoloq, tanınmış ictimai xadim və ən başlıcası müdrik qadın, həssas ana olan Zərifə xanımın xatirəsini əbədiləşdirdi. Bu abidəyə baxanda adama elə gəlir ki, hətta tunca xas olan sərtlik belə qəhrəmanın daxili aləmini duymağa, çöhrəsində sanki hər an dəyişən ifadəni görməyə mane ola bilmir. Mənə hətta elə gəldi ki, bu ifadələrdən biri - xeyirxah təbəssüm mənə tanışdır: çoxdankı və yeganə görüşümüzdən sonra Zərifə xanım mənim yaddaşımda məhz belə qalmışdı...

Yaratdığı obraza öz qəlbinin hərarətini bəxş etmək, bununla da tamaşaçının həmin obrazın daxili aləmini görməsinə imkan yaratmaq Ömər Eldarovun yaradıcılıq dəst-xəttinə həmişə xas olmuş cəhətdir.

Təsviri sənətin mürəkkəb növü olan heykəltəraşlıq barədə, böyük sənətkarın əsərlərinin sıravi həvəskarlar tərəfindən necə qavranması barədə fikirlərimi bölüşmək istəyi xeyli vaxt idi ki, məni rahat buraxmırdı. O ki qaldı peşəkarların fikrinə, sənətşünaslar bu barədə öz sözlərini çoxdan deyiblər...

Bu niyyətimi həyata keçirmək üçün əlimə qələm götürməzdən əvvəl Ömərlə iki dəfə görüşdüm: əvvəlcə bizim AZƏRTAC-da, sonra isə onun rəhbərlik etdiyi Rəssamlıq Akademiyasında. İlk baxışdan bu görüşlər formal təsir bağışlaya bilər: axı, neçə illərdir ki, Ömərlə, onun yaradıcılığı ilə tanışam. Bildiklərimə nə əlavə edəcəkdim? “Mən onsuz da sizə heç bir təzə söz deməyəcəyəm, - ustad sənətkar bəri başdan xəbərdarlıq etdi, - məni tanıdan - mənim işlərimdir, onlar isə sizə məlumdur...”

Bu sözlərlə razılaşmalı oldum. Xüsusən ona görə ki, heykəltəraş onun yaradıcılığına həsr edilmiş, 2005-ci ildə Bakıda çap olunmuş kitab-albomu lütfkarlıqla mənə bağışlamışdı. Azərbaycanın tanınmış foto ustalarının çəkdiyi, Ömər Eldarovun yaradıcılığına, gözəl illüstrasiya olan fotoşəkillərin hər biri G.Qacarın yazdığı qısa, lakin dolğun mətnlərlə müşayiət olunur.

Ö.Eldarovun səmimi xatirələri bu alboma bir növ ön sözdür. Həmin xatirələri vərəqlədikcə, onun müxtəlif sərgilərdə və muzeylərdə nümayiş etdirilən, şəhərimizin küçə və meydanlarını bəzəyən əsərlərinə tamaşa edən sənətsevərlərin keçirdiyi hisslər yenidən xatirimdə canlandı.

Yadımdadır, məni ilk növbədə müəllifin öz əsərinə münasibəti heyran edirdi. O, qəhrəmanına münasibətini bildirmək üçün əvvəlcə sanki özünün daxili aləminə nəzər salırdı. Sözügedən albomda belə bir fikir var: bizlərdən hər birimiz kainatın sirrini ətrafda axtarır, amma bu axtarışda öz qəlbinin dərinliklərinə üz tutanlar azdır. Bu fikrin kimə mənsub olduğunu bilmirəm, amma bircə onu bilirəm ki, Ömər Eldarov bu sirri tapıb və onun fərdi yaradıcılıq metodunun cövhərini məhz bu sirr təşkil edir.

...1960-cı il. Azərbaycan paytaxtında şairə Natəvanın heykəlinin açılışında ilk dəfə o vaxt hələ gənc olan heykəltəraşla tanış oldum... Kresloda əyləşən qadının tunc fiqurunun üstündəki pərdə açılanda ətrafa sükut çökdü. “Azərbaycan” kinoteatrının qarşısında, Bakının ən səsli-küylü guşələrindən birində qoyulmuş bu heykəlin açılış anında insanlar gözəl şairəni dəbdəbəli paltarda görəndə sanki donub qaldılar. Onun qiymətli daşlarla bəzənmiş, qırçınlı paltarı, daxili vəziyyətini barmaqlarının köməyi ilə ifadə edən zərif əlləri - bütün bunlar çoxları üçün gözlənilməz oldu.

Heykəltəraş o illərin rəsmi ideologiyası ilə uyuşmayan bu obraza müraciət etməklə çox cəsarətli bir addım atmışdı. Bu, abidənin müəllifinə xüsusi ehtiram hissi oyadırdı.

Ömər Eldarovun qəhrəmanları çox vaxt intellektual gözəllik daşıyıcılarıdır. Dahi Üzeyir Hacıbəyovun ötən əsrin 50-ci illərinin ortalarında hazırlanmış qəbirüstü abidəsinə diqqətlə baxın. Bu abidə sanki təsvir edilən şəxsin zəngin daxili aləmini açıb göstərir. Az sonra istedadlı həmkarı Tokay Məmmədovla birlikdə bənzərsiz şair-mütəfəkkir Füzuliyə həsr edilmiş, Azərbaycan Milli Dram Teatrının qarşısında ucaldılmış monumental kompozisiya özünün fəlsəfi romantikası ilə ən ülvi insani duyğular barədə düşüncələrə sövq edir. Ölməz Füzulinin qranit postament üzərindəki 6 metrlik tunc heykəlinə baxdıqca şairin faciəli həyatına acıyırsan - heykəltəraş bu hissləri yüksək sənətkarlıqla ifadə etməyə nail olmuşdur. Bir sözlə, mən həmişə istəmişəm ki, Bakıya ilk dəfə gələn qonaqlarım müəlliflərin incə zövqünün göstəricisi olan bu abidəyə tamaşa etsinlər.

Onu da bilirəm ki, MDB-nin başqa ölkələrində də həmyerlimizin əsərləri ilə yaxşı tanışdırlar. Məsələn, Tacikistanda. Düşənbəlilərin sifarişi ilə məhz Ömər Eldarov məşhur tacik maarifçisi Sədrəddin Ayninin abidəsinin müəllifi olmuşdur. 70-ci illərdə bu əsər heykəltəraşın yaradıcılığında müəyyən mənada kulminasiya nöqtəsi sayılırdı. Sonradan o, dahi mütəfəkkir İbn-Sinanın abidəsini ucaltdı. Sevastopol yaxınlığında ucaldılmış monumenti də xatırlatmalıyam. Böyük Vətən müharibəsi illərində Sapun dağına hücum zamanı qəhrəmanlıqla həlak olmuş döyüşçülərə həsr edilmiş bu abidədən, hücumda iştirak etmiş xalqımızın cəsur oğlan və qızlarına da pay düşür. Bu abidəni görənlərdən eşitmişəm ki, çoxfiqurlu bürünc kompozisiya öz möhtəşəmliyi və eyni zamanda dərin humanizmi ilə insanı heyran edir.

İncəsənətin hər bir növü - müharibə haqqında, həyat və sevgi naminə iztirablar və ölüm haqqında çəkilmiş filmlər, yazılmış mahnılar, rəsm, teatr, heykəltəraşlıq əsərləri bizim özümüzü anlamağımıza, daxili aləmimizi görməyə kömək edir. Fikrimcə, qəhrəman Sevastopol döyüşçülərinin şərəfinə Eldarovun yaratdığı monument də belə təsir bağışlayır.

Deməliyəm ki, Ömər Eldarov həmişə ümumiləşdirməyə meyil etmiş, bəzən öz fikirlərini rəmzi formalarla ifadə etmişdir. Onun “Analıq”, “Oyanış”, “Zamanın dörd rəngi” və başqa heykəltəraşlıq kompozisiyaları buna sübutdur.

Sənətşünasların fikrincə, Eldarov yaradıcılığının ən mühüm sahəsi - monumental əsərlərdir. Bu fikri inkar etmədən cəsarətlə deyə bilərəm ki, mütəxəssislərin dilində portret-baş adlanan əsərlər də onun yaradıcılığı üçün səciyyəvidir. Məsələn, Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 70-ci illərin əvvəllərində yaradılmış portretini, yaxud 10 ildən sonra maestro Niyazinin ağacdan düzəldilmiş kompozisiya portretini, bir sıra başqa nümunələri görənlər yəqin ki, mənimlə razılaşarlar.

İstedadlı sənətkarın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin obrazı üzərində işi barədə ayrıca söhbət açmalıyam. Heykəltəraşın bu böyük insanla bağlı ilk əsəri - iki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin Vətəni Naxçıvanda ucaldılmış portret-büstü olmuşdur. Qəhrəmanının Moskvada, tanınmış heykəltəraş Rukavişnikovun emalatxanasında onunla ünsiyyətinin necə maraqlı olması hələ də Ömərin yadındadır. Heykəltəraş və onun təsvir etdiyi şəxs daim yaradıcılıq əlaqəsində idilər, bununla da bir-birinə kömək edirdilər: məlumdur ki, Heydər Əliyev incəsənəti dərindən hiss edirdi. Peşəkarların fikrinə böyük hörmət bəslədiyinə və onlara qarşı diqqətli olmasına baxmayaraq, bir çox məsələlərdə həmişə öz fikri var idi. Yaradıcı sənətkarla onun qəhrəmanı arasında bu cür münasibətlər həmişə uğur gətirir. Heydər Əliyevin Ömər Eldarov tərəfindən yaradılmış bütün heykəl-portretlərində sanki baxışları çox uzaqlara zillənmiş əzmkar, məqsədyönlü və ülvi bəşəri duyğularla yaşayan bir insan görürük.

Ümumiyyətlə, bu heykəltəraşın bütün qəhrəmanları sanki gələcəyə can atır - bunu onların əllərinin hərəkətində də görmək olar, üzlərinin ifadəsində də. İnsan inana bilmir ki, bu qəhrəmanlar artıq aramızda yoxdur. Hətta bütün xalqın sevgisini qazanmış Rəşid Behbudovun, Şıxəli Qurbanovun və başqalarının qəbirüstü abidələrinə baxanda da bu cür hisslər keçirirsən.

Amma hər halda şəxsən mənə romantik və həssas psixologizm ustası Ömər Eldarovun yaratdığı qadın obrazları daha yaxındır. Yuxarıda adlarını çəkdiyim əsərlərə sənətkarın daha erkən dövrdə yaratdığı “Qız portreti”, “Tələbə qız portreti”, “Bacılar” kompozisiyasını da əlavə edə bilərəm. Bu əsərlərdə nə qədər sevgi, nə qədər xeyirxahlıq, zəriflik var! Bunu izah etmək çətin deyil: axı, heykəltəraş çox vaxt ona əziz insanların - ömür-gün yoldaşının, qızlarının heykəlini yaradır. Hər halda, bu insanlar çox vaxt Eldarovun yaratdığı obrazların prototipləri olmuşlar. Bu baxımdan “Zamanın dörd rəngi” əsərini xatırlamaq kifayətdir.

Eldarovun qadınlara həsr etdiyi son memorial abidələrdən biri Aida xanım İmanquliyevanın heykəlidir. Bu obraz sanki saflıq, məhəbbət və gözəlliklə nəfəs alır. Əslində Ömər Eldarovun qəhrəmanlarının hamısı gözəldir - hərəsinin öz gözəlliyi var. Bax, elə bu gözəllik qarşısında baş əyməyə dəyər.

Uşaqlıq illəri bir şəhərdən başqasına köçməkdən ibarət olmuş, heç də həmişə rahat güzəran görməmiş bu insanda bu qədər daxili zənginlik haradandır görəsən? Bəlkə məhz bu müxtəliflik, həyatın rəngarəng çalarları onun uşaq təxəyyülündə ətraf aləm haqqında parlaq hisslər və təsəvvürlər oyatmışdır... Bakı, Dərbənd, Gəncə, Ömərin atası Həsən Eldarovun doğulub boya-başa çatdığı Şamaxı, anası Yelizaveta Eldarovanın vətəni Belarusun Mstislavl şəhəri - bu yerlər Ömərin qəlbində çox incə hisslər oyatmış, bu şəhərlərdə görüşdüyü insanlar onun uşaq qəlbində silinməz izlər qoymuş, ruhunu formalaşdırmışdır. İlahi vergisi olan istedadını orta və ali rəssamlıq məktəblərində oxuduğu illərdə cilalayıb görkəmli sənətkara, Azərbaycan xalqının fəxrinə çevrilmişdir.

Dövlət Rəssamlıq Akademiyasında olarkən çox sevindim: akademiyanın rektoru kimi Ömər Eldarov burada öz şəxsi nümunəsi əsasında bildiklərini tələbələrə öyrətmək, peşəkar rəssamların yeni nəslini yetişdirmək üçün daha böyük imkanlara malikdir.

Ömər Eldarovun bütün dünyada yüksək qiymətə layiq görülmüş əsərlərini sadəcə sadalamaq belə mümkün deyil. Bu, təvazökar, çox danışmağı xoşlamayan, böyük xidmətlərini heç vaxt qabartmayan insanın ictimai vəzifələri də az olmamışdır. Bunları sadalamaq fikrində deyiləm. Lakin Eldarovun müxtəlif müsabiqələrdə qazandığı qələbələr, onun yüksək fəxri adları, çoxsaylı təltifləri - medallar və ordenlər buna sübutdur. Müstəqil Vətənimizin “İstiqlal” ordeni onun üçün daha əzizdir.

Zənnimcə, bu böyük sənətkar barədə söhbətimi unudulmaz Heydər Əliyevin onun haqqında dediyi sözlərlə tamamlamaq yerinə düşər: “Ömər Eldarovun yaratdığı heykəltəraşlıq əsərləri Azərbaycan xalqının mədəni, mənəvi sərvətidir ... Azərbaycan dövlətinin başçısı kimi Ömər Eldarova onun böyük yaradıcılığına, Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərə və yaratdığı dəyərli, ... ölməz əsərlərə görə təşəkkürümü bildirirəm...”

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur