Kamerunlu iştirakçı: Yaşıl şəhərlərin inkişafına bir çox amillər təsir göstərir VİDEO
Bakı, 19 may, AZƏRTAC
Dünyada sürətlə böyüyən yaşıl şəhərlərin əsas problemləri çoxşaxəlidir. Bunlara idarəetmə çətinlikləri, iqlim dəyişikliyi, liderlik problemləri və bəzi regionlarda münaqişələr daxildir. Bu faktorlar yaşıl icmaların dayanıqlı inkişafına ciddi təsir göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) kamerunlu iştirakçısı Mirabel Ndum Mabel deyib.
O bildirib ki, növbəti 10–20 il ərzində qlobal şəhərsalmada əsas həlledici tendensiyalar dayanıqlı inkişaf, ekoloji həllər və sosial inklüzivlik olacaq.
"Müasir meqapolislərdə ictimai məkanların və yaşıl zonaların inkişafı isə olduqca vacibdir. Bu, təkcə şəhərlərin estetikası və ekologiyası üçün deyil, həm də sosial rifah üçün əhəmiyyət daşıyır. Belə məkanlar insanların, xüsusilə də uşaqların, qadınların, gənclərin və həssas qrupların təhlükəsiz və əlçatan mühitdə yaşamasına imkan yaradır", - deyə Kamerun nümayəndəsi qeyd edib.