Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Kamran İmanov: Ölkəmizin innovasiyalarla bağlı imkanlarından daha səmərəli istifadə etməliyik

Bakı, 9 noyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.

Əqli Mülkiyyət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov geniş məruzə ilə çıxış edib. Ölkəmizin “Doing Business-2019” reytinqində 190 ölkə arasında 25-ci yerdə olduğunu, o cümlədən “Biznesin başlaması”na görə 9-cu, “Kiçik investorların maraqlarının qorunması”na görə isə 2-ci yerdə qərarlaşdığını qeyd edən K.İmanov yeni dərc olunmuş “Doing Business-2020” hesabatında Azərbaycanın islahatçı 20 ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb.

O, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi-2019” hesabatında Azərbaycanın 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutduğunu və 12 indikatordan 8-i üzrə irəlilədiyini vurğulayıb, bu cür kardinal dəyişikliklərin əqli mülkiyyətin qorunmasında da öz əksini tapdığını, Azərbaycanın həmin hesabatın “Əqli mülkiyyətin qorunması” göstəricisinə görə 141 ölkə arasında 30-cu yerdə qərarlaşdığını xüsusi olaraq diqqətə çatdırıb.

Agentliyin sədri qeyd edib ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlətimizin başçısının düzgün iqtisadi strategiyasının, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir. Əqli mülkiyyət sahəsi həyata keçirilən islahatların innovasiyalı əsasları ilə dəqiq rezonans yaradır ki, bu da əhəmiyyətli institusional və funksional dəyişikliklərlə müşahidə olunur. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı iqtisadi artımın təmin edilməsini müsbət hal kimi qeyd edərək, qarşımızda vacib məsələ qoyub: “Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

Prezidentin tapşırığına əsaslanan K.İmanov ölkəmizin innovasiyalarla bağlı ehtiyatlarından daha səmərəli istifadəsi məsələləri üzərində xüsusi dayanaraq “Qlobal İnnovasiya İndeksi-2019” hesabatında Azərbaycana aid məlumatların təhlilini aparıb. O qeyd edib ki, hesabatdakı rəqəmlər iki yekun nəticəyə gətirir: “Birincisi, ümumi imkanlarımız ümumi nəticələrimizi 13 pillə üstələyir. Deməli ehtiyatlarımızı səmərəli işlətməliyik. İkincisi, bizi geriyə salan “elmi-texnoloji məhsullar” göstəricisidir - 101-ci yer. Bu isə o deməkdir ki, yeniliklər kommersiyalaşmır, bazara innovasiyalı məhsul kimi çıxarılmır”.

K.İmanov Əqli Mülkiyyət Agentliyinin ABŞ-ın şirkət və təşkilatları ilə müvafiq sahədə əməkdaşlığına toxunaraq ABŞ Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin dəstəyi ilə ötən il sentyabrın 10-11-də “Əqli Mülkiyyət mübahisələrinin həlli” mövzusunda hakimlər üçün təlim təşkil edildiyini, Microsoft, Trimble Tekla, Oracle kimi iri şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirildiyini və onların üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində birgə tədbirlər görüldüyünü bildirib: “Dövlət qurumları və müəssisələrinə rəsmi sorğu məktubları ilə müraciətlər olunub və artıq alınan cavablar əsasında həmin təşkilatlarla ABŞ şirkətlərinin yerli nümayəndələrinin birbaşa görüşlərinə nail olunaraq lisenziyaların yenilənməsi və yenilərinin alınmasına dair danışıqlara başlanılıb. “Oracle” Korporasiyasının müraciətinə əsasən bəzi dövlət orqanlarına və şirkətlərinə Agentlik tərəfindən “Oracle”nin məhsullarından istifadə etmələrinə dair ünvanlanmış sorğulara cavablar daxil olmaqdadır. Məsələ təhlil olunur və gələcəkdə araşdırmaların nəticələrindən asılı olaraq birgə monitorinqlərin keçirilməsi də istisna edilmir”.

“Microsoft Corporation” şirkəti ilə əlaqədar ölkə başçısının xüsusi önəm verdiyi layihə çərçivəsində müvafiq dövlət qurumları və müəssisələri ilə aparılan təxirəsalınmaz işlər və görülən tədbirlər nəticəsində kütləvi lisenziyaların əldə olunmasına start verildiyini bildirən K.İmanov deyib: “Azərbaycanda əqli mülkiyyəti yaradan və onları innovasiyalı məhsula çevirən çoxsaylı tərəfdaş, startap və kompaniyaların açıq və rəqabətli bazarının formalaşmasında böyük potensialı var. Bu isə o deməkdir ki, ölkəmizin iqtisadi qüdrətini artıran, beynəlxalq reytinqlərdə daha yüksək mövqeləri əldə edən imkanlarını əqli mülkiyyətə hörmətlə yanaşaraq istifadə etməliyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB VİDEO

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib