Kanada Parlamentinin iclasında Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirilmişdir
Bakı, 2 mart (AZƏRTAC). Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Kanada Federal Parlamentinin və hakim Mühafizəkarlar Partiyasının üzvü Ras Hibert parlamentin İcmalar Palatasının fevralın 29-da keçirilmiş iclasında Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirmişdir.
Bəyanatda 20 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində yüzlərlə dinc sakinin qətlə yetirildiyi və Kanadanın da bu qətliamı xatırladığı qeyd olunmuşdur. Xocalı qırğınının Dağlıq Qarabağ münaqişəsi ərzində törədilmiş dəhşətli qətliamlardan biri olduğu bəyanatda xüsusilə vurğulanmış, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 30 min hərbçi və mülki vətəndaşın öldürüldüyü və bir milyondan artıq insanın öz evlərini tərk etdiyi, məcburi köçkünə və qaçqına çevrildiyi göstərilmişdir.
Bəyanatda Dağlıq Qarabağ bölgəsinin hələ də Ermənistanın işğalı altında olduğu xüsusilə qeyd olunmuşdur. Bəyanatın sonunda uzun müddət davam edən münaqişənin sülh yolu ilə tənzimlənməsinə ümidin mövcudluğu vurğulanmış və problemin danışıqlar masası ətrafında tənzimlənməsi məqsədi ilə tərəflərə çağırış səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]