KARATEÇİ RUSLAN QULİYEV AVROPA ÇEMPİONUDUR KOMANDAMIZ BU YARIŞDA 5 QIZIL MEDAL QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kyokuşin Karate Federasiyasının 10 nəfərdən ibarət komandası federasiyanın prezidenti Allahverdi Həsənovun rəhbərliyi ilə Litvanın paytaxtı Vilnüsdə 29 ölkə idmançılarının iştirakı ilə keçirilən Avropa çempionatından Vətənə uğurlu nəticələrlə qayıtmışlar. 17 yaşlı Ruslan Quliyev 60 kiloqram çəki dərəcəsində bütün karateçiləri geridə qoyaraq Avropa çempionu titulunu qazanmışdır. Rəsul Əliyev (60 kq) və Azər Məmmədov (65 kq) gümüş, Mansur Yekəyev (70 kq) və Nicat Əhmədov (55 kq) bürünc medallara sahib olmuşlar. Beş medal qazanan idmançılarımız ölkəmizi çempionatın ön sıralarına çıxarmışlar.
Federasiyadan verilən məlumata görə, mayın 19-da 3 idmançımız Rusiyanın Samara şəhərində keçiriləcək İFK üzrə Avropa çempionatında da güclərini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]