Karib dənizində 7,6 bal gücündə zəlzələ olub
Bakı, 10 yanvar, AZƏRTAC
Karib dənizinin Honduras sahilləri yaxınlığında 7,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın geoloji xidmətinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 02:51-də qeydə alınıb.Zəlzələnin episentri Hondurasın Barra-Patuka yaşayış məntəqəsindən 202 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Hondurasın çox hissəsində, həmçinin Meksikanın cənubunda hiss olunub.
Seysmoloqlar Meksika, Honduras, Kuba, Beliz, Kosta-Rika, Panama, Nikaraqua, Qvatemala, Yamayka və Kayman adaları üçün sunami təhlükəsi barədə xəbərdarlıq ediblər. Xəbərdarlıq 12 saat ərzində qüvvədədir.
Təbii fəlakət nəticəsində həlak olanlar, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [23:14]
ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik
- 04.09.2026 [23:01]
Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil
- 04.09.2026 [22:59]
Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb
- 04.09.2026 [22:58]
İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb
- 04.09.2026 [21:37]
Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir
- 04.09.2026 [18:51]