Keçən il Türkiyədən ixrac edilən tibbi və gigiyena vasitələrinin həcmi 21,6 faizədək artıb
İstanbul, 5 fevral, AZƏRTAC
COVID-19 pandemiyası ilə mübarizə aparılan 2020-ci ildə dünyada Türkiyə istehsalı olan gigiyena ləvazimatları və tibbi vasitələrə tələbat artıb.
AZƏRTAC xəbər verir ki, keçən il Türkiyə istehsalı olan birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi maska və kolonya (dezinfeksiya vasitəsi) ixracatı 2019-cu il ilə müqayisədə təxminən 21,6 faiz artıb. Bu ixracdan əldə edilən gəlir 244 milyard 872 milyon 760 ABŞ dolları təşkil edib.
Türkiyənin Statistika İdarəsinin (TÜİK) göstəricilərinə əsasən, ötən il qardaş ölkədən dünyanın 135 ölkəsinə birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi maska, 116 ölkəsinə isə kolonya ixrac edilib. Bu vasitələrin böyük əksəriyyəti Almaniyaya göndərilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]