Keçmiş məcburi köçkün: Biz hamımız bu xoş günün gələcəyinə ümid edirdik VİDEO
Bakı, 27 may, AZƏRTAC
Bu gün çox sevincli və qürurlu günlərdən biridir. Doğma el-obama - Ağdam rayonuna qayıdıram. Bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Biz hamımız bu xoş günün gələcəyinə ümid edirdik. Bu günləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, məğrur qazilərimizə isə şəfa diləyirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün Qara Səmədov söyləyib.
O qeyd edib ki, Qarabağın hər bir zonasında bərpa-quruculuq işləri görülür. Eyni zamanda müəyyən edilmiş fəaliyyət planlarına uyğun olaraq, yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması, yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, həmçinin işğaldan azad edilmiş ərazilərin etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilir. Bütün bunlar Prezident İlham Əliyevin göstərişi ilə başlanmış işlərin müəyyən bir hissəsidir.