Keçmiş məcburi köçkün: Bu gün dövlət tərəfindən verilən evlərimizə köçürük VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Məcburi köçkün kimi Sumqayıtda yataqxanada qalırdım. Bu gün isə dövlət tərəfindən verilən evlərimizə köçürük.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Məmməd Mustafayev söyləyib.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı arzulayırıq. Millətimizə firavanlıq diləyirəm, hər zaman sabitlik olsun", - deyə o bildirib.
Məcburi köçkün düşəndə üç azyaşlı uşaqla gəldiyini deyən M.Mustafayev bu gün doqquz nəfərlə geri döndüklərini diqqətə çatdırıb.
Müxbir- Elmir Səftərov
Fotoqraf- Tofiq Babayev
Videooperator- İlham Nadirov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]