Kəlbəcərdəki kiçik su elektrik stansiyalarında ümumilikdə 183,6 milyon kilovat/saat enerji istehsal edilib
Bakı, 25 avqust, AZƏRTAC
İstifadəyə verildiyi tarixdən cari ilin iyul ayınadək “Çıraq-1” kiçik su elektrik stansiyasında (KSES) 65,6 milyon kilovat-saat, “Soyuqbulaq” KSES-də 61 milyon kilovat-saat, “Çıraq-2” KSES-də isə 57 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
AZƏRTAC bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, 2023-cü il avqustun 25-də Kəlbəcər rayonunda Tərtər çayının üzərində 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə “Soyuqbulaq” KSES-ləri, Qaraarxac çayı üzərində isə 6 meqavat gücündə “Çıraq-2” KSES istismara verilib.
Su elektrik stansiyalarının fəaliyyəti yaşıl enerjinin inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir.