Kənd Təsərrüfatı Nazirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş toplantı keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantını açan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı vermiş, həlak olanların şəhidlik zirvəsinə yüksəlməsini qəhrəmanlıq simvolu kimi qiymətləndirmişdir. İ.Quliyev 20 Yanvar hadisəsinə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini və məhz Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyini söyləmişdir.
Nazir müavini ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmışdır.
Toplantıda çıxış edənlər Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini həmişə ehtiramla yad edəcəklərini söyləmişlər.
20 Yanvar faciəsi şəhidlərinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqları diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]