KƏNDDƏ YENİ KÖRPÜ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Goranboyun Zeyvə kəndində son bir ildə 420 yerlik yeni məktəb binası tikilmiş, tibb məntəqəsi, idman meydançası, 150 nömrə tutumu olan yeni ATS, müasir üslubda ticarət mərkəzi istifadəyə verilmişdir. 2 transformator quraşdırılmış, 5 kilometr uzunluğunda elektrik naqilləri yeniləri ilə əvəz olunmuşdur.
Yaxın günlərdə isə kəndi ikiyə bölən Qara çay üzərində tikilən yeni körpünün açılışı keçirilmişdir. Mərasimdə çıxış edənlər körpünün istifadəyə verilməsini rayonda sosial istiqamətdə görülən məqsədyönlü tədbirlərin davamı kimi qiymətləndirmiş və bu qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.