Keniyada torpaq sürüşməsi nəticəsində azı 15 nəfər ölüb
Bakı, 22 aprel, AZƏRTAC
Keniyanın Elqeyo-Marakvet dairəsində baş verən torpaq sürüşməsi nəticəsində azı 15 nəfər həlak olub, 22 nəfər isə itkin düşüb.
AZƏRTAC Citizen TV telekanalına istinadla xəbər verir ki, təbii fəlakət səbəbindən 4 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Torpaq sürüşməsi aprelin 18-də leysan yağışları və daşqınlar nəticəsində baş verib. Çesoqon şəhərində bir neçə ev, ticarət mərkəzi və polis məntəqəsi yerlə yeksan olub.
Regionun komissarı Rift-Valli Corc Natembeya bildirib ki, xilasetmə əməliyyatlarında Keniya Qırmızı Xaç cəmiyyəti və hərbçilər də iştirak edir. Yüksək su səviyyəsi, palçıq, güclü yağışlar və ərazidəki çox sayda iri daş parçaları xilasetmə əməliyyatını çətinləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]