KEŞLƏ MAŞINQAYIRMA ZAVODU: İSTEHSAL, SATIŞ
“Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin Keşlə maşınqayırma zavodu ilin əvvəlindən bəri 2 milyard 11,5 milyon manatlıq neft-mədən avadanlığı və ehtiyat hissələr istehsal etmişdir. Bunun 1 milyard 798,6 milyon manatlığı satılmışdır.
Zavodun əsas məhsulları Qazaxıstan və İtaliyaya göndərilmişdir.