“Keşlə” və “Zirə” oyunu ilə Topaz Premyer Liqasının XXIIII turuna start veriləcək
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də futbol üzrə Topaz Premyer Liqasında 24-cü turun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə bir matç keçiriləcək. On səkkiz xala malik “Keşlə” klubu “Zirə”ni qəbul edəcək. “İnter Arena”da təşkil ediləcək qarşılaşmanın baş hakimi Orxan Məmmədov olacaq. Oyun saat 16:00-da başlayacaq.
Turun digər üç oyunları aprelin 22-də keçiriləcək. Həmin gün “Səbail” klubu “Kəpəz” ilə qarşılaşacaq. Saat 17:00-da başlayacaq qarşılaşmanın idarə olunması Ramil Diniyevə həvalə olunub. Paytaxt təmsilçisi “Neftçi” isə “Bakcell Arena”da “Qəbələ”ni qəbul edəcək. Oyun saat 18:00-da start götürəcək. Görüşü İnqilab Məmmədov idarə edəcək. Tura “Sumqayıt”-“Qarabağ” oyunu ilə yekun vurulacaq. Saat 19:00-da başlayacaq qarşılaşmanı Ömər Paşayev idarə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]