KİMYAÇILAR NEFTÇİLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ İMƏCİLİKDƏ FƏAL İŞTİRAK ETMİŞLƏR
Bakı, 7 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin (İB) müəssisələrində neftçilər günü münasibətilə iməcilik keçirilmişdir.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, İB-nin bütün müəssisələrini əhatə edən və 2 mindən artıq kimyaçının iştirak etdiyi iməcilikdə əsaslı təmir aparılan sex və istehsalat sahələrində abadlıq və təmizlik işləri aparılmış, texnoloji avadanlıq və boru xətləri, daxili yolların bordürləri, həmçinin yanğından mühafizə avadanlığı rənglənmiş, yaşıllıq sahələri suvarılmış, ağacların dibi bellənmişdir.
Etilen-polietilen zavodunun 2 hektardan artıq ərazisində xeyli təmizlik və abadlıq işləri aparılmış, zavodda və onun ətrafında əkilmiş 10 minədək ağac suvarılmış və gövdələri ağardılmışdır. Müəssisəyə məxsus yataqxanaların ərazisində 1200 kvadratmetrdən çox sahə təmizlənərək abadlaşdırılmışdır.
“Üzvi sintez” və Səthi aktiv maddələr zavodlarının kollektivləri 15 tonadək metal qırıntısı toplayaraq təhvil vermiş, bütün zavoddaxili ərazilərdə yollar abadlaşdırılmış, müəssisələrin yaşıllıq sahələrindəki ağaclara aqrotexniki qulluq göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]